Dünyada koronavirusa yoluxanların sayı 3 milyon 640 min nəfərə çatıb.
Modern.az xəbər verir ki, son sutkada 75 mindən çox insan COVİD-19-a yoluxub, 3 500-dən artıq insan isə vəfat edib.
Yoluxanların ümumi sayı 3 639 266-ya, ölənlərin sayı isə 251 min nəfərə çatıb. 1 milyon 190 min nəfərdən çox xəstə sağalıb.