Modern.az

Dünyada koronavirusdan sağalanların sayı 1 milyon 200 mini ötdü

Dünyada koronavirusdan sağalanların sayı 1 milyon 200 mini ötdü

Aktual

5 May 2020, 09:08

Dünyada koronavirusdan sağalanların sayı 1 200 282 nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox sağalma ABŞ (188 068), İspaniya (151 633) və Almaniyada (135 100) qeydə alınıb.

 

Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 646 265-ə çatıb. 252 420 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV