Modern.az

Kamilə Əliyeva: “Bu, hər birimizin qürur, iftixar mənbəyidir”

Kamilə Əliyeva: “Bu, hər birimizin qürur, iftixar mənbəyidir”

Aktual

5 May 2020, 09:26

Ölkəmiz, müstəqil Azərbaycanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev yenidən tarix yazmaqda, yenidən zəfər qazanmaqdadır.
Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (TDƏŞ), Türk Şurasının dövlət və hökumət başçılarının dünyada və adıçəkilən təşkilata daxil olan dövlətlərdə yaşanan koronavirus pandemiyası və onun qarşısının birlikdə alınması, bu yöndə birgə addımların atılması, yolların axtarılıb tapılıması ilə bağlı fövqəladə Zirvə görüşünə (videokonfrans vasitəsilə) nail olan və bu görüşü uğurla başa çatdıran dövlət başçımız bir neçə gün öncə daha bir mötəbər təşkilatın videokonfras formasında Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdi.


Mayın 4-də də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin məlum təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü baş tutdu.


Bununla ölkəmiz, dövlətimiz, xüsusilə, Prezidentimiz zəfərlərinə növbəti zəfərini əlavə etdi.


Belə bir Zirvə görüşünü təşkil etməklə, tarixi hadisənin yaşanmasına imza atdı, imza atıldı.


Bununla bir daha göstərmiş və nümayiş etdirmiş oldu ki, Azərbaycan dövləti, onun Lideri ən çətin situasiyalarda belə düşünülmüş, gələcəyə və nikbinliyə, optimizmə yönəlimiş addımların atılmasaına, qərarların verilməsinə hazır və qadirdir.


Azərbaycan hansı bir quruma sədrlik edibsə və edirsə, ona mütləq şəkildə öz töhfələrini verib, verir və bundan sonra da verəcək.


Bu möhtəşəm Zirvə görüşü bir daha bunun əyani sübutu və təsdiqi oldu.


Zirvə görüşündə ölkə Prezidenti növbəti dəfə çox dolğun, çox məzmunlu, çox əhatəli və proqram xarakterli çıxış etdi, nitq söylədi.


Koronavirus pandemiyasının önlənməsi istqamətində görülən işlərdən, atılan addımlardan danışdı, həmçinin, dünya birlik və bərabərlik mesajlarını verdi, kömək, yardım əlini uzatdı.


O, “Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur…”-deyərək, bir daha insanpərvərliyini, yüksək humanizmini, Azərbaycanın həmişə dostların, tərəfdaşlarının yanında olduğunu və olacağını gözlər önünə sərmiş oldu.
Hesab edirəm ki, bunun da əlavə şərhə, izahata ehtiyacı yoxdur.


Bu sözlərlə, bu mesajlarla Azərbaycanın, dövlət başçımızın qətiyyəti, qüdrəti hər kəs üçün bir daha aşkar oldu.


Bu, hər birimizin qürur, iftixar mənbəyidir.


Fəxr edirik, qürur hissi keçiririk ki, belə bir ölkəmiz, müstəqil Azərbaycanımız və onun müdrik Lideri var.


Qeyd edim ki, Zirvə görüşündə sonra BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış etdi.


Həmçinin,BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətindən sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat çıxış etdilər.


Daha sonra Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciəti təqdim olundu.
Zirvə görüşü həmçinin, digər maraqlı və önəmli çıxışlarla davam etdi.


Onu da qeyd edim ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilir.


Bu baxımdan, qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldıqları videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak etdi.


Eyni zamanda, xatırladım ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirildi. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürdü.


Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edildi və möhtəşəm, tarixi hadisəyə çevrilən Zirvə görüşü də bunun məntiqi davamı oldu.


Kamilə ƏLİYEVA,
Millət vəkili, professor

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV