Modern.az

DTX İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir - Saxlanılanlar var - YENİLƏNİB

DTX İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirir - Saxlanılanlar var - YENİLƏNİB

Aktual

5 May 2020, 12:48

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

Bu barədə Modern.az-a İmişli Rayon İcra Hakimiyyətindəki mənbələr məlumat veriblər. Günün sonunda rəsmi məlumatın yayılacağı qeyd olunur.


***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır.

 

Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb. 

Qeyd edək ki, Vilyam Hacıyev 4 aprel 2012-ci il tarixindən İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV