Modern.az

Metroda tibbi maskalardan istifadə məcburi olacaq - RƏSMİ

Metroda tibbi maskalardan istifadə məcburi olacaq - RƏSMİ

Aktual

8 May 2020, 14:26

Pandemiya dövründə sərnişinlərin Bakı Metropolitenindən istifadə qaydaları qüvvəyə minib. 

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

 

Qeyd edək ki, Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV