Modern.az

Oruc tutmaq koronavirusa yoluxma riskini artıra bilərmi? - ÜST açıqladı

Oruc tutmaq koronavirusa yoluxma riskini artıra bilərmi? - ÜST açıqladı

Aktual

8 May 2020, 16:00

Oruc tutmağın koronavirusa - COVID-19 infeksiyasına yoluxma riskini artıra biləcəyi ilə bağlı hazırda heç bir dəlil mövcud deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin məlumatında bildirilir.

 

Məlumatda qeyd edilir ki, virusdan qorunmaq üçün başqaları ilə aranızda ən azı 1 metr məsafə saxlamaq, insanların sıx toplaşdığı məkanlardan uzaq durmaq lazımdır. Bununla yanaşı, əllər düzgün şəkildə və tez-tez yuyulmalı, respirator gigiyena qaydalarına riayət edilməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?