Modern.az

Qənirə Paşayeva 250-dən çox seçicisini onlayn dinləyib

Qənirə Paşayeva 250-dən çox seçicisini onlayn dinləyib

Aktual

8 May 2020, 18:30

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 10 gündə Tovuz rayonundan olan 250-dən artıq seçicisi ilə onlayn şəkildə görüntülü danışıb.

 

Modern.az-ın məlumatına görə, millət vəkili onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

 

Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

Müzakirələr zamanı komitə sədri seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

 

Qənirə Paşayeva eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək proqramları ilə bağlı da geniş məlumatlar verib.

 

Millət vəkilinin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə 150-dən çox aztəminatlı ailəyə maska və tibbi-gigiyenik vasitələr göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV