İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 243 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, İtaliyada koronavirusdan ölənlərin ümumi sayı 30 201 nəfərə çatıb.
Bildirilir ki, son sutka ərzində 1 144 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 217 185 nəfər təşkil edir.
Məlumata görə, indiyədək İtaliyada 99 mindən çox insan koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.
Son sutkada isə 2747 nəfər sağalaraq xəstəxanaları tərk edib.
Hazırda 87 961 nəfər müalicə alır, onlardan 1168 nəfərin vəziyyəti ağırdır.