Modern.az

Zaqatalada bıçaqlanma olub

Zaqatalada bıçaqlanma olub

Aktual

8 May 2020, 23:20

Zaqatalada 40 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Qımır kənd sakini, 1980-cı il təvəllüdlü Cahangir Məmməd oğlu Məmmədov qarnının sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. C.Məmmədova lazımı tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.

Araşdırma zamanı C.Məmmədovun şəxsi münasibətlər zəminində həmkəndlisi Orxan Gözəlov tərəfindən bıçaqlanması məlum olub. Hədisə törətməkdə şübhəli bilinən O.Gözəlov saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV