Modern.az

FİFA VAR-dan imtinaya icazə verib

FİFA VAR-dan imtinaya icazə verib

Aktual

8 May 2020, 23:32

FİFA milli çempionatlarda mövsümün davam edəcəyi təqdirdə videotəkrar sistemindən (VAR) yararlanmamağa icazə verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, ali futbol qurumu bununla bağlı liqaların rəhbərlərini məlumatlandırıb.

VAR-ın tətbiq olunduğu ölkələrdə çempionatlar bərpa olunarsa, yerli federasiyalar bunun istifadəsinə ehtiyac duymaya bilər. Bundan yararlanmaq istəyən liqalarda VAR protokolu qüvvədə qalacaq.
 

Qeyd edək ki, bu gün daxili birinciliklərdə ilin sonuna qədər 5 əvəzetmədən istifadə ilə bağlı rəsmən icazə verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV