Modern.az

Bakı metrosunda generator stansiyaları hazır vəziyyətə gətirildi

Bakı metrosunda generator stansiyaları hazır vəziyyətə gətirildi

Aktual

9 May 2020, 10:10

Bakı metropoliteninin fəaliyyətə başlaması ilə bağlı dizel generator stansiyaları da hazırlıqlı vəziyyətə gətirilib.

 

Modern.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, qatarların hərəkəti zamanı elektrik enerjisinin verilişində problem yaranarsa və qatarlar tuneldə qalarsa, dizel generatorları hazır vəziyyətdə olacaq:

 

“Belə hadisə baş verərsə, dərhal “Azərişıq” ASC-i ilə əlaqə saxlanılır. Elektrik enerjisinin verilişində yaranan problemin mahiyyətindən və enerjinin bərpa müddətindən asılı olaraq qərar veriləcək. “Azərişıq” ASC ilə danışıqlardan sonra müvafiq vəziyyətə uyğun olaraq dizel generatorların işə salınmasına baxılacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV