Modern.az

Naftalan turistləri qarşılamağa hazırlaşır - FOTO  

Naftalan turistləri qarşılamağa hazırlaşır - FOTO  

Aktual

9 May 2020, 11:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda son illər ərzində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Respublikamızın bəzi şəhər və rayonlarında karantin rejiminin yumşaldılmasından sonra, Naftalan şəhərinin estetik gözəlliyinin bərpası və kurort iqliminin yaxşılaşdırılması ilə əlaqədar yaşıllaşdırma işlərinə başlanılıb.

Modern.az xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və aparatın işçiləri tərəfindən şəhərin Bayraq Meydanında, Şirvan prospektində oleander və eldar şamı ağacları, çoxillik bəzək gülləri, ümumilikdə 1000-ə yaxın ağac, kol və güllər əkilib. 

Şəhər sakinlərinin, həmçinin şəhərə gələn yerli  və xarici turistlərin məmnunluğunun təmin edilməsi üçün şəhər ərazisində, parklarda  yaşıllaşdırma işləri mütəmadi olaraq davam etdiriləcəkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV