Modern.az

Akkumlyator oğruları tutuldu

Akkumlyator oğruları tutuldu

Aktual

9 May 2020, 14:00

Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev və Salyan rayon sakini R.Məmmədov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abdullayev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun Salyan rayon sakini R.Məmmədovla birgə daha 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.

 

Görülmüş tədbirlərlə R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV