Modern.az

Kafe və restoranlar açılacaqmı? - TƏBİB sədri aydınlıq gətirdi

Kafe və restoranlar açılacaqmı? - TƏBİB sədri aydınlıq gətirdi

Aktual

9 May 2020, 18:11

“Biz kafe və restoranları uzun müddət bağlı saxlaya bilmərik”. 

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib. 

 

R.Bayramlı deyib ki, sərt karantin rejimində tibb müəssisələri səfərbər edilib, təchizat təmin olunub:

“Bundan sonra yumşaldılma və əvvəlcədən planlaşdırılmış tədbirlərin həyata keçirilməsi mərhələsindəyik. Bütün mərhələlər üçün qaydalar hazırlanıb. Əgər biz qaydalara əməl etsək, nə rayonlarda kafe və restoranlarda, nə Bakıda metroda, nə də digər müəssisələrdə yoluxma olar. Kafe və restoranların açılması ilə bağlı layihələr  var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV