Modern.az

Kür batan şəxsin cəsədi sudan çıxarıldı - YENİLƏNİB

Kür batan şəxsin cəsədi sudan çıxarıldı - YENİLƏNİB

Aktual

9 May 2020, 20:01

Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, B. Ağayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

***

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu