Modern.az

Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

Aktual

9 May 2020, 19:43

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyonu ötüb.

 

Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometers" portalında bildirilib.

 

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 4 041 789 nəfərə çatıb. Koronavirusdan 277 minə yaxın insan ölüb, 1,4 milyondan artıq insan isə sağalıb.

 

Bildirilir ki, ən çox koronavirusa yoluxma halları ABŞ, İspaniya, İtaliya, Böyük Britaniya və Rusiyada qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!