Modern.az

Türkiyədə 90 minə yaxın insan koronavirusdan sağaldı

Türkiyədə 90 minə yaxın insan koronavirusdan sağaldı

Aktual

9 May 2020, 20:41

Türkiyədə son sutka ərzində daha 50 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3 739 nəfərə çatıb:

"Bu gün ölkədə 35 605 şübhəli koronavirus testindən keçib, onlardan 1 546-nın cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  137 115 nəfərə çatıb. Müalicə olunan 3 084  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  89 480 nəfər koronavirusdan müalicə olunub".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu