Modern.az

Bakıda avtomobil 9 yaşlı uşağı vurdu

Bakıda avtomobil 9 yaşlı uşağı vurdu

Aktual

9 May 2020, 22:25

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Tahirov Abdulrəhim Vüsal oğlunu vurub. Nəticədə azyaşlı xəsarət alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!