Modern.az

Göygöldə qaz sızması partlayışa səbəb oldu

Göygöldə qaz sızması partlayışa səbəb oldu

Aktual

10 May 2020, 00:56

Göygöldə evdə partlayış baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Qırıxlı  kəndində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Fəridə Məhəmmədəli qızı hər iki ayağın, əlin və sifətin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı qadına 2 dərəcəli termiki yanıq diaqnozu qoyulub.

Məlumata görə, hadisə qadının yaşadığı evin vanna otağında baş verib. Partlayışa səbəb qaz sızması olub.

Fakt araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?