Modern.az

Tovuzda yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO  

Tovuzda yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO  

Aktual

10 May 2020, 08:21

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Cırdaxan kəndində qeydə alınıb.

 

“Lexus” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2107”nin sürücüsü, 1982-ci il təvəllüdlü Musayev Radiq Sədrəddin oğlu və sərnişin, 1977-ci il təvəllüdlü Musayeva Ədilə Bağan qızı xəsarət alıb.

 

İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti olub. 

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?