Çində 116 milyon dollarlıq qızıl qaçaqmalçılığına görə 16 nəfər saxlanılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin gömrük xidmətinin əməkdaşları ölkənin şəqr əyaləti Futszyanda 820 mln yuan (116 mln dollar) dəyərində qızıl aşkarlayıblar. Yerli informasiya agentliklərinin yaydığı xəbərə görə, kontrabanda üzvləri 2017-ci ilin fevralından ölkədaxili bazarlardan 3 tona yaxın qızıl və qızıl məmulatları alıblar. Daha sonra satın alınan malları audio dekoderlərin hissələri arasında gizlədərək, qeyri-qanuni yolla Honkonqa aparıblar. Burada isə qızılı yerli şirkətlərə satıblar.