Modern.az

“Gürcüstanda insanlar acından ölə bilər” - Saakaşvilidən rəsmi Tbilisiyə XƏBƏRDARLIQ

“Gürcüstanda insanlar acından ölə bilər” - Saakaşvilidən rəsmi Tbilisiyə XƏBƏRDARLIQ

Aktual

11 May 2020, 15:42

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Milli Şurasının İslahatlar üzrə İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili Kiyev və Tbilisi arasındakı münasibətlərin pisləşəcəyi təqdirdə gürcü xalqının aclıq təhlükəsi ilə üz-üzə qalacağını bildirib.

Modern.az xəbər verir ki, “Mtavari Arxi” telekanalındakı çıxışında o, Gürcüstanın daha çox Ukraynaya ehtiyacı olduğunu deyib.

Siyasətçinin sözlərinə görə, gürcülərin mağazalardan aldığı dənli bitkilər, qarabaşaq, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir.

“Ukrayna bizim əsas hasilat bazarımızdır. Ukrayna ilə münasibətlərə kölgə salmaq faciəvi olacaq və sabah Gürcüstanda insanlar acından öləcək”, - deyə Saakaşvili bildirib.      

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu