Modern.az

Liseylərə qəbul imtahanları 6 şəhər və rayonda keçiriləcək

Liseylərə qəbul imtahanları 6 şəhər və rayonda keçiriləcək

Aktual

11 May 2020, 15:50

Bu ildən başlayaraq lisey şəbəkəsinin bölgələrdə genişlənməsini nəzərə alaraq qəbul imtahanlarının Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Şirvan, Şəki və Quba şəhərlərində də təşkili nəzərdə tutulur.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, imtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil edilməsi planlaşdırılır.

 

Nazirlikdən bildirilib ki, lisey və gimnaziyaların yuxarı siniflərinə (V-IX) qəbul hər il may ayında keçirilirdi. Bu il yaranmış epidemioloji vəziyətə görə bu imtahanlar təxirə salınıb. Növbəti tədris ili üçün qəbul imtahanlarının avqust ayının sonlarında keçirilməsi nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?