Modern.az

Goranboy fermerləri biçinə hazırlaşır

Goranboy fermerləri biçinə hazırlaşır

Aktual

19 May 2020, 18:25

Goranboy rayonunda cari təsərrüfat ilində 21052 hektar sahədə taxıl bitkisi, o cümlədən 12802 hektar sahədə arpa, 8250  hektar sahədə buğda əkilib.

 

Goranboy RİH-dən Modern.az-a verilən məlumata görə, hazırda taxıl sahələrində sonuncu veqetasiya suvarma işləri yekunlaşdırılır.

 

"Artıq fermerlərimiz biçinə hazırlaşırlar. Biçin zamanı rayon ərazisində olan 48 ədəd kombayndan istifadə olunacağı nəzərdə tutulub. Bundan başqa kombayn çatışmazlığın olmaması məqsədi ilə, rayon Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 60 ədəd kombaynın gətirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Bu istiqamətdə işlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?