Modern.az

Daha bir ölkədə koronavirusla bağlı qadağalar götürüldü

Daha bir ölkədə koronavirusla bağlı qadağalar götürüldü

Aktual

19 May 2020, 20:01

İtaliyada karantin qaydalarının bir qisminin ləğvindən sonra mağazalar və restoranalr fəaliyyətə başlayıb.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə geyim mağazalarının 90 faizi, restoranların isə 70 faizi artıq fəaliyyətini bərpa edib.

Bundan başqa bazar ertəsi verilən qərardan sonra pərakəndə satış mağazaları, restoran və barlar, gözəllik salonları və bərbərlər də açılıb.

Qeyd edək ki, İtaliyada martın ortalarından məhdudiyyətlər tətbiq edilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...