Türkiyədə son sutka ərzində daha 28 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 199 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 022 nəfərinin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 151 615 nəfərə çatıb. Müalicə olunan 1 318 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 112 895 nəfər koronavirusdan müalicə olunub".