Modern.az

Gürcüstanda  yeni növ koronavirusa yoluxanların sayı 707-yə çatdı

Gürcüstanda  yeni növ koronavirusa yoluxanların sayı 707-yə çatdı

Aktual

19 May 2020, 21:09

Gürcüstanda  yeni növ koronavirusa yoluxanların sayı 707 nəfərə çatıb.

Modern.az  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Qeyd olunub ki, ölkədə koronavirusa görə 3 914 nəfər karantində saxlanılır, 340 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 456 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək