Modern.az

Biləsuvarda yanğın bir ailəni evsiz qoyub

Biləsuvarda yanğın bir ailəni evsiz qoyub

Aktual

19 May 2020, 22:11

Biləsuvarda yanğın bir ailəni evsiz qoyub. 

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. Ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 15 m² sahədə, bitişik, ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və talvarın altına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb.

Məlumata görə, evin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?