Modern.az

Koronavirusa ən gec yoluxan ölkədə vəziyyət pisləşir

Koronavirusa ən gec yoluxan ölkədə vəziyyət pisləşir

Aktual

20 May 2020, 09:00

Son 24 saat ərzində Tacikistanda COVID-19 virusuna yoluxanların sayı 207 nəfər artaraq 1936-ya çatıb.

Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, son sutka ərzində 641 xəstə sağalaraq xəstəxanalardan evə buraxılıb.

Bildirilir ki, hazırda karantində 3781 nəfər saxlanılır, 41 xəstə isə vəfat edib.

Xatırladaq ki, Tacikistanda koronavirusa ilk yoluxma halı rəsmi olaraq aprelin 30-da təsdiqlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyaya AĞIR ZƏRBƏLƏR endirilir - Moskvaya hücum!