Modern.az

Biləsuvarda həkimi hədələyib pulunu aldılar

Biləsuvarda həkimi hədələyib pulunu aldılar

Aktual

20 May 2020, 10:10

Biləsuvar rayonunda həkim hədələnərək qarət olunub.

 

Modern.az-ın məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında baş verib. Xəstəxananın uşaq həkimi, Cəbrayıl rayonundan olan məcburi köçkün Məmmədov Eldar Babalar oğlu prokurorluğa müraciət edərək bildirib ki, Həsənov Raqib Rafiq oğlu ona hədə-qorxu gələrək, 1 850 manatını alıb.

 

Prokurorluqda zərərçəkmiş və bəzi şahidlərin ifadəsi alınıb, faktla bağlı Cinayət Məcəlləsinin 182-ci(hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?