Modern.az

Bakıda mağazanı qarət edən qardaşlar saxlanıldı

Bakıda mağazanı qarət edən qardaşlar saxlanıldı

Aktual

20 May 2020, 11:51

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, oğurluq etdiyinə görə tutulan H.Dadaşzadənin ətrafında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun qardaşı R.Dadaşzadə ilə birgə rayon ərazisindəki mağazaların birindən 1 150 manat pul və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.

 

Davam etdirilən tədbirlərlə R.Dadaşzadə də polis əməkdaşları tərəfindən saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək