Modern.az

İş adamı “Mona Liza”nı almaq üçün 50 milyard avro təklif edib

İş adamı “Mona Liza”nı almaq üçün 50 milyard avro təklif edib

Aktual

20 May 2020, 12:38

Fransalı iş adamı Luvr muzeyinə “Mona Liza” əsərini 50 milyard avroya satmağı təklif edib.

 

Modern.az-ın məlumatına görə, iş adam bu məbləğ sayəsində pandemiyanın səbəb olduğu iqtisadi böhranın öhdəsindən gəlməyin mümkün olacağını bildirib.

Luvr muzeyinin rəhbərliyi isə rəsm əsərinin satılmasının mümkün olmadığını vurğulayıb:

“Milli fransız kolleksiyaları dövlətdən ayrılmazdır və onları satmaq mümkün deyil”.

 

Qeyd edək ki, “Mona Liza” italiyalı rəssam Leonardo da Vinçi tərəfindən 1503-1505-ci illər arasında çəkilib. Rəsm əsəri 1793-cü ildən Luvrda saxlanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək