Modern.az

AMEA-nın magistraturasına qəbul planı TƏSDİQLƏNDİ

AMEA-nın magistraturasına qəbul planı TƏSDİQLƏNDİ

Aktual

20 May 2020, 12:32

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 2020-2021-ci tədris ili üçün qəbul planı təsdiqlənib.

 

AMEA-dan Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020-2021-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 15 ixtisas 43 ixtisaslaşma üzrə 59 plan yeri təsdiq edilib. Ayrılan bütün plan yerləri dövlət sifarişlidir.

 

Magistraturaya qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisaslaşmaları seçmək imkanı əldə edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək