ABŞ-da kafeyə gələn müştəri ondan maska taxmağı tələb edən aşpaza güllə atıb. Modern.az xəbər verir ki, hadisə Kolorado ştatının Avrora şəhərindəki yerli kafelərin birində baş verib. Məlumatlara görə 27 yaşlı Kelvin Uotson gecə kafeyə maskasız gəlib. Ofisiant qız maska taxmadığı halda ona xidmət göstərməyəcəyini deyib. Bundan sonra Kelvin kafedən çıxıb, sonra maska ilə qayıtsa da, yenə də onu taxmayıb. Kafe işçiləri bir daha ondan maskanı taxmağı tələb ediblər. Bu zaman müştəri tapançasını piştaxtaya qoyaraq, aşpazı öldürəcəyi ilə hədələyib. Həmin gün istəyini yerinə yetirməsə də, ertəsi gecə Uotson bir də kafeyə gəlib və növbəti insident zamanı aşpaza zərbə endirib. Aşpaz qaçmaq istəyəndə isə ona güllə atıb və qarın nahiyəsindən yaralayıb. Yaralı yüngül xəsarətlə xilas olsa da, gənc müştəri həbs olunub.