Modern.az

FHN dezinfeksiya işləri aparır - VİDEO

FHN dezinfeksiya işləri aparır - VİDEO

Aktual

20 May 2020, 13:40

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər həyata keçirilir.
Modern.az xəbər verir ki, bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Məlumat verildiyi kimi, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirləri yerinə yetirilir, mütəmadi olaraq müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir.

Dezinfeksiya işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək