Modern.az

“TikTok”a “Disney” striminqinin rəhbəri başçılıq edəcək

“TikTok”a “Disney” striminqinin rəhbəri başçılıq edəcək

Aktual

20 May 2020, 13:43

“TikTok” videoxidmətinin baş direktoru “Disney” striminq xidmətinin rəhbəri Kevin Mayer olacaq. Mayer rəhbərlik etdiyi şirkəti 25 ildən sonra tərk edəcək. Yeni vəzifəsində o, videoxidmətin beynəlxalq səviyyədə inkişafı və satış, marketinq daxil olmaqla koporasiya məsələləri ilə məşğul olacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “TikTok”un hazırki rəhbəri Aleks Çju isə materialların hazırlanması və xidmətin strategiyasının təklmilləşdirilməsi üzrə vitse-prezident vəzifəsini tutacaq.

K.Mayer işinə iyunun 1-dən başlayacaq. Buna qədər o, “Disney+, ESPN+, Hulu” striminq xidmətlərinə nəzarət edirdi. Bununla yanaşı top-menecer həm də videoxidmətin dünyada reklamına və satışına, beynəlxalq əməliyyatlara rəhbərlik edirdi. Onun idarəçiliyi dövründə “21st Century Fox” mediaholdinqinin alınması kimi böyük müqavilə həyata keçirilmişdi. Bu strateji satınalma 71 milyard dollara başa gəlmişdi. İndi onun vəzifələrini “Disney+” xidmətinin Avropa, Afrika və Orta Asiyada yayımına nəzarət edən Rebekka Kempbell həyata keçirəcək.

“ByteDance” şirkətinə məxsus “TikTok” videoxidməti 2016-cı ildə fəaliyyətə başlayıb. Bir il sonra “ByteDance” və “Musical.ly” sosial şəbəkəsinin birləşməsi nəticəsində “TikTok” ABŞ-da böyük populyarlıq qazandı. KİV-də verilən məlumata görə çinli proqramçı Çjan İminin “ByteDance” şirkəti 100 milyard dollar dəyərində qiymətləndirilir. Analitik şirkətlərin hesablamalarına görə təkcə aprel ayının sonlarında “Tiktok” videoxidməti dünya üzrə 2 milyard dəfədən çox yüklənib.     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək