Modern.az

Azərbaycan ordusu start mövqelərinə çıxarılıb - FOTOLAR

Azərbaycan ordusu start mövqelərinə çıxarılıb - FOTOLAR

Aktual

20 May 2020, 15:20

Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlərində qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə cəlb edilən qüvvə və vasitələrin ərazilərdə yerləşməsi başa çatıb. İdarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarında açılması, eləcə də raket və zenit artilleriya komplekslərinin ehtiyat atəş və start mövqelərini tutması başa çatdırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək