Modern.az

QHT Şurasının üzvləri qanvermə aksiyasında - FOTOLAR

QHT Şurasının üzvləri qanvermə aksiyasında - FOTOLAR

Aktual

20 May 2020, 15:35

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri, Katibliyin əməkdaşları və QHT nümayəndələri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsünə qoşularaq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında iştirak edib.


Modern.az-ın məlumatına götrə, Şura sədri Azay Quliyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizlə həmrəylik nümayiş etdirmək və qana ehtiyacı olan şəxslərin qan ehtiyatının təmin olunmasına yardım etməkdir.

Qeyd edək ki, Mərkəzi Qan Bankında toplanan qan ehtiyatları yoxlandıqdan sonra xəstələr üçün istifadə ediləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək