Modern.az

Naftalanda yaşayış binalarında gözoxşayan yenilik - FOTOLAR

Naftalanda yaşayış binalarında gözoxşayan yenilik - FOTOLAR

Aktual

20 May 2020, 15:39

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib.

 

Modern.az-ın məlumatıa görə, şəhərdə karantin rejiminin yumşaldılmasından sonra, Naftalanın estetik gözəlliyinin bərpası və turist məmnunluğunun təmin edilməsi məqsədi ilə əlaqədar yaşıllaşdırma işlərinə başlanılıb.

 

İlk olaraq şəhərin  Heydər Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış binalarının eyvanlarına xüsusi dizaynlı dibçəklərdə əkilmiş dekorativ bəzək gülləri düzülüb. Həmçinin prospektdə ünvan bildirən məlumatverici lövhələr quraşdırlıb. Qeyd edək ki, əvvəllər lövhələr olmamışdır.

 

Kurort şəhərimizin təbii gözəlliyinə əlavə rəng qatmaq üçün şəhər ərazisində tədricən bütün binaların fasad hissəsinin  gül-çiçəklə bəzədilməsi nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək