Modern.az

Azərbaycanda müğənni özünü media maqnatı ELAN ETDİ - VİDEO

Azərbaycanda müğənni özünü media maqnatı ELAN ETDİ - VİDEO

Aktual

20 May 2020, 16:09

Müğənni Afət Fərmanqızı son açıqlaması ilə gündəmə gəlib.

Modern.az saytı Yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə görüntülərini paylaşan ifaçı saytlarının fəaliyyətə başladığını bildirib və “media maqnatı” olduğunu deyib: “Üzümü media nümayəndələrinə tuturam, çox sağ olun sayıb-seçirsiniz, zəng edirsiniz, hətta evimə gəlib çəkilişlər etmək istəyirsiniz. Mən sizlərə bildirmək istəyirəm ki, mən özüm də artıq media maqnatıyam. Dörd saytım fəaliyyət göstərir, buna mənim savadım da çatır. Ona görə də müsahibələrimi öz saytımda yayımlamağı düşünürəm. Yəqin ki, bu fikirlərimə hörmətlə yanaşıb, anlayışla qarşılayarasınız”. 

Qeyd edək ki, ifaçı son vaxtlar Xalq artisti Flora Kərimova ilə arasında olan qalmaqalla gündəmə gəlir. 

Həmin görüntüləri təqdim edirik:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək