Modern.az

Azərbaycanlı nazir müavini vəzifədən azad edilib

Azərbaycanlı nazir müavini vəzifədən azad edilib

Aktual

20 May 2020, 16:50

Rusiyada azərbaycanlı nazir müavini Azər Talıbov İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edilib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

Sərəncamda A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.

2008-2012-ci illərdə İqtisadi İnkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb. 


Rusiya İqtisadi İnkişaf Nazirliyindəki mənbədən “İnterfaks”a daxil olan məlumatda isə qeyd olunur ki, A.Talıbov bu gündən “Roseksimbank”a rəhbərlik edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?