Türkiyədə son sutka ərzində daha 23 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 222 nəfərə çatıb:
Nazirin sözlərinə görə, Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 152 587 nəfərə çatıb.
“Səhiyyə turzimi bizim üçün çox əhəmiyyətlidir. Bugündən pandemiya az rast gəlinən 31 ölkə üçün səhiyyə turizmi başlayır. Səhiyyə turizmi ilə əlaqədar hazırda müraciətlər nəzərdən keçirilir, zərurət yarandıqda xaricdən gələn xəstələr üçün çarter reysləri təşkil olunacaq. Bu gün Liviya hökuməti ilə danışıqlar apardıq. Məlum oldu ki, bu ölkədən Türkiyəyə müraciət edən xəstə sayı çoxdur. Yəni, belə hallarda çarter reysləri təşkil ediləcək”,- deyə nazir qeyd edib.