Modern.az

Gürcüstana yük daşıyan sürücülər test olunacaq

Gürcüstana yük daşıyan sürücülər test olunacaq

Aktual

20 May 2020, 20:28

Gürcüstanda qalan yük maşınlarının sürücüləri ölkədə koronavirusla bağlı test olunacaq hədəf qruplarına daxil ediləcək.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə iş aparılır: “Testdən keçirilmə tranzitlə Gürcüstandan keçən sürücülərə aid edilməyəcək. Yalnız ölkə ərazisində qalan sürücülər yoxlanılacaq. Gün ərzində təxminən 250-300 nəfər testdən keçiriləcək”. (Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!