Modern.az

Bu ölkədə də tibbi maskadan istifadə məcburi oldu

Bu ölkədə də tibbi maskadan istifadə məcburi oldu

Aktual

20 May 2020, 23:22

Gürcüstanda ictimai nəqliyyatda hərəkətin bərpasından sonra tibbi maskadan istifadə məcburi olacaq.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze məlumat verib.

Onun sözlərinə görə, ictimai nəqliyyatın işinin bərpası ilə bağlı yeni qaydalar və tövsiyələr hazırlanır.

Yeni qaydalarda sərnişinlərin ictimai nəqliyyatda tibbi maskadan istifadəsi və sosial məsafə saxlaması mütləq qaydada tələb olunacaq. Qaydaları pozan şəxslər cərimə olunacaqlar. Qaydanı ikinci və üçüncü dəfə pozan şəxsləri daha ciddi cəza gözləyir.

Qeyd edək ki, daha öncə Ermənistanda tibbi maskadan istifadə məcburi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək