Modern.az

İŞİD liderinin varislərindən biri yaxalandı - FOTO

İŞİD liderinin varislərindən biri yaxalandı - FOTO

Aktual

21 May 2020, 00:43

İraq Milli Kəşfiyyatı İŞİD terror qruplaşmasının öldürülmüş lideri Əbu Bəkir əl-Bağdadinin mümkün varislərindən biri Abdel Nasir Kardaşın tutulduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.



"Сinayətkar Əl-Bağdadinin varisliyinə namizəd Abdel Kardaş saxlanılıb", - agentlik bildirib. Bu, silahlının təxəllüslərindən biridir.



KİV Abdel Kardaşı İŞİD-in yeni başçısı adlandırırdı. “Guardian” qəzetinin məlumatına görə, dəstənin banilərindən biri Əmir Məhəmməd Əbdül Rəhman əl-Maulə əl-Salbi olub.



Qəzetin kəşfiyyat təşkilatının iki nümayəndəsindən aldığı məlumata görə, İraq sakini Əmir əl-Salbi əl-Bağdadinin 2019-cu ilin oktyabrında zərərsizləşdirilməsindən bir neçə saat sonra İŞİD rəhbəri təyin edilib. Nəşr yazır ki, o həmçinin Hacı Abdel və Abdella Kardaş təxəllüsləri ilə məşhurdur. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək