Modern.az

Texas rəhbərliyi “Azərbaycan Günü” ilə bağlı bəyannamə yaydı

Texas rəhbərliyi “Azərbaycan Günü” ilə bağlı bəyannamə yaydı

Aktual

21 May 2020, 08:22

ABŞ-ın energetika mərkəzi olan və çoxsaylı soydaşımızın yaşadığı Texas ştatında "Azərbaycan Günü"nün elan olunması ilə bağlı bəyannamə hazırlanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən "Report"a verilən məlumata görə, ştatın dövlət katibi Rut Hyuz ADR-in yaradılmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycana rəsmi təbrik bəyanatı ünvanlayıb.

 

R.Hyuz imzaladığı bəyanatda 2020-ci il 28 may tarixini Azərbaycanın Milli Günü elan edərək müstəqil ölkəmizə üçün ən xoş arzularını çatdırıb. Eyni zamanda bu münasibətlə Texas ştatının 102-ci ildönümünü bayram etmək üçün Azərbaycana qoşulduğunu deyərək əcdadlarımızın demokratiyanın yayılması üçün verdiyi töhfələri unutmamağa və qeyd etməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...