Modern.az

Azərbaycan Serbiyaya yardım göndərdi - FOTOLAR

Azərbaycan Serbiyaya yardım göndərdi - FOTOLAR

Aktual

21 May 2020, 08:36

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sel daşqınları baş verən Serbiyaya yardım göndərib.

 

Modern.az xəbər verir ki, humanitar yardım yüklənmiş ilk təyyarə Serbiyaya yola salınıb. Yardımın yola salınması mərasimində Serbiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.

 

FHN-in Maddi-texniki təchizat idarəsinin rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında bildirib ki, yardım prezident İlham Əliyevin tapşırığı əsasında yola salınır: “Axşam saatlarında isə Bosniya və Herseqovinaya yardım yüklənmiş təyyarə yola salınacaq. Yardıma müxtəlif texniki avadanlıqlar, müxtəlif ölçülü motorlu qayıqlar, 260 ədəd çadır, ədyal, elektrik generatoru, su pompaları və s. daxildir”.

 

Axşam saatlarında yardım təyyarəsi Belqrada çatacaq, FHN və Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Serbiyanın müvafiq qurumlarına təhvil veriləcək.

 

Qeyd edək ki, Serbiyada və Bosniya və Herseqovinada baş vermiş daşqınlar nəticəsində onlarla insan həlak olub, minlərlə insan evsiz-eşiksiz qalıb.

 ***

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycandan Serbiyaya yardım yükü çatdıran təyyarə Belqradın “Nikola Tesla” aeroportunda yerə enib. Humanitar yardımı Serbiyanın Baş Naziri Ana Brnabiç və Azərbaycanın Belqraddakı səfiri Eldar Həsənov qəbul ediblər.

 

Serbiyanın Baş Naziri Ana Brnabiç bu jesti Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirib: “Bu, heç vaxt unutmayacağımız dostluğun təzahürüdür. Azərbaycan 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım etmiş ölkə idi. Məhz bu gün, 2014-cü il mayın 19-da Serbiyaya Azərbaycandan yardım yükü gətirən ilk təyyarə gəldi”.

 



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək