Modern.az

Qorxulu araşdırma: Uhanda yarasalarda 1 500 yeni koronavirus növü tapıldı

Qorxulu araşdırma: Uhanda yarasalarda 1 500 yeni koronavirus növü tapıldı

Aktual

21 May 2020, 08:56

Uhanda yerləşən tədqiqat institutunun virusoloqları yarasaların orqanizmində 1 500-ə qədər müxtəlif növ koronavirus aşkarlayıblar. Onların bir qismi gələcəkdə pandemiyaya səbəb ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “The Big Picture Science podcast” məlumat yayıb.

 

Laboratoriyanın əməkdaşları yarasaları ovlayaraq, onların bioloji məlumatlarını toplayıblar. Heyvanların ağız suyu, qan və tullantılarından, ümumilikdə 15 000 nümunə analiz edilib. Araşdırma zamanı materialların 10 faizində “koronavirus kainatı” aşkarlanıb, onlar  dondurularaq saxlanılıb.

 

Alimlər hələ özünü göstərməyən, lakin perspektivi olan bu virusları “saatlı bomba” adlandırıblar.

 

İndiyə qədər koronavirusun SARS (2003), MERS-CoV (2012–2015) və COVID-19 olmaqla üç növü pandemiyaya səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək