Modern.az

Rusiyada uşaqlara aylıq ödənişlərin verilməsi üzrə xidmət işə düşdü

Rusiyada uşaqlara aylıq ödənişlərin verilməsi üzrə xidmət işə düşdü

Aktual

21 May 2020, 10:30

Rusiyada valideynlərə 3 yaşdan 7 yaşadək uşaqlar üçün aylıq ödənişlərin verilməsi proqramı işə düşüb.

 

Modern.az-ın məlumatına görə, bununla əlaqədar olaraq ölkə ərazisi üzrə Dövlət xidmətləri portalında müraciətlər qəbul olunmağa başlayıb.

 

Portal işə düşdükdən sonra ilk bir neçə saat ərzində 70 mindən çox müraciət qəbul edilib. Hələlik layihə Rusiyanın 65 regionunu əhatə edir.

 

Qeyd edək ki, mart ayında Rusiya Prezidenti Vladimir Putin 3 yaşdan 7 yaşadək uşaqlar üçün aylıq ödənişlərin verilməsi barədə fərman imzalayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?