Modern.az

Azərbaycanda virusun daha çox yayıldığı şəhər və rayonların adları AÇIQLANDI

Azərbaycanda virusun daha çox yayıldığı şəhər və rayonların adları AÇIQLANDI

Aktual

21 May 2020, 10:46

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisinin yüksək olduğu ərazilərin adlarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov Trend-ə bildirib ki, ölkədə İİV infeksiyasına yoluxma halları daha çox Şirvan, Hacıqabul, Lənkəran, Masallı, Yevlax və Bakıda müşahidə edilir.

 

Onun sözlərinə görə, cənub rayonlarında İİV-ə yoluxma göstəricisinin yüksək olmasının səbəbi ölkəyə qanunsuz narkotikin daha çox cənub sərhədindən keçirilməsi ilə bağlıdır.

 

N.Zülfüqarov əlavə edib ki, Azərbaycanda İİV-ə yoluxanların təxminən 20 faizi Bakıda yaşayır. Lakin Bakıda əhalinin sayı çox olduğu üçün burada hər min nəfərə düşən İİV-ə yoluxma halı azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək